Bağlanan universitetin tələbələri başqa ali məktəblərə köçürüləcək
19 May 2010 Çərşənbə 16:50
Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulunun dayandırılmasının səbəblərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, təhsil naziri bildirib ki, universitetə tələbə qəbulunun artıq ikinci ildir ki, dayandırılmasına səbəb ali məktəbdə aşkar edilən qüsurlardır.

"Azərbaycan Beynəlxalq Universitetinə bu il də tələbə qəbulu planlaşdırılmayıb. Hazırda ABU-da ciddi yoxlamalar dayandırılıb. Çünki orada yoxlamaları artıq aparmışıq və nəticədə ora ikinci ildir ki, tələbə qəbulu vermirik", deyə nazir bildirib.

Moskva Universitetinin Bakı filialının bağlanmasına gəldikdə isə M.Mərdanov universitetdə qanuni təhsil alan tələbələrin ilin sonuna qədər təhsillərini davam etdirə biləcəklərini qeyd edib.

"Moskva Universitetilə bağlı əmr artıq mətbuatda dərc olunub. Dərs ilinin sonuna qədər tələbələr təhsillərini başa vuracaqlar. Yeni dərs ilinin başlanmasına qədər qanuni təhsil alan tələbələr müxtəlif universitetlərə köçürüləcək", deyə nazir bildirib.

Təhsil naziri məsələnin qanun çərçivəsində həll olunacağını vurğulayıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar