Azərbaycanda Elmin İnkişafı Fondu yaradılacaq
21 Oktyabr 2009 Çərşənbə 22:20
İlham Əliyev Elmin İnkişafı Fondu yaradılması haqqında müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Prezident yanında Elmin İnkişafı Fondunun yaradılmasına dair sərəncam imzalayıb. Məqsəd fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii resursları, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir.

Ölkə başçısı digər sərəncamı ilə Babayev Elçin Səfəralı oğlunu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar