Azərbaycan Dövlət İqtisad Universiteti rebrendinq edib
18 Oktyabr 2014 Şənbə 11:46
Azərbaycan Dövlət İqtisad Universiteti imic və nüfuzunun modernləşməsi səbəbi ilə rebrendinq edib.
Universitetin mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasında universitetin yeni loqotipi təsdiqlənib.

Yeni loqotip qısa müddət ərzində tanınan, yaddaqalan, iqtisadi tərəqqi, yüksək zövq və pozitiv təəssuratları ehtiva edir. Loqotipdə biliklə iqtisadi rifahın bağlılığı əks olunur. Eyni zamanda lentdə 1930-cu il göstərilməklə tarixi ənənələrin unudulmadığı xüsusilə vurğulanır.

Azərbaycan Dövlət İqtisad Universiteti yeni korporativ stili hazırlanarkən universitetin rəngi göy rəng (prussian blue) seçilib.

Bununla bağlı universitetin rəsmi saytı yenidən hazırlanır.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilk loqotipi 2000-ci illərin əvvəllərində işlənib hazırlanmışdı. Loqotip öz dövrü üçün mütərəqqi bir addım idi və zəmanənin ümumi abu-havasına müvafiq idi. Müəlliflər loqotipdə dövlət rəmzlərimizi – dövlət bayrağımızın rəngini, səkkizgüşəli ulduzu, varlılıq rəmzi və mənbəyi kimi qızılı və tərəzidə çəkidə qızılı üstələyən bilik rəmzi və mənbəyi kimi kitabı sintez etməyə çalışmışdılar. Loqotipdə dairə ideallıq, məna tamlığı və bitkinliyi rəmzi kimi çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universiteti ikinci loqotipi 2000-ci illərin ortalarında işlənib hazırlanıb. İkinci loqotipdə dairə daxilindəki təsviri ulduz və aypara ilə əhatələnmiş qlobus əvəz edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar