Ali hərbi məktəbə qəbul olunmaq istəyənlərin nəzərinə!
16 İyul 2010 Cümə 14:40
Ali Hərbi Məktəblərinin boş yerlərinə qəbul üçün müsabiqə keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul üçün müsabiqə keçirir. TQDK-dan verilən məlumata görə, qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən keçiriləcək.

Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına (ünvan: Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, 18. Telefon: 479-78-42) müraciət etməlidirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar