ADU-da Respublika Elmi Konfransı keçiriləcək
13 Dekabr 2010 Bazar Ertəsi 12:40
Konfransda fikir mübadilələri aparılacaq
Azərbaycan Dillər Universitetində (ADU) dekabrın 14-15-də “Bolonya prosesinin tətbiqi təcrübəsi” adlı Respublika Elmi Konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun bildirdiyinə görə, konfransda “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili” və “Ali məktəblərin cəmiyyətdə rolu və keyfiyyətin təmin olunması” bölmələrində çıxışlar və fikir mübadilələri olacaq. Adıçəkilən konfransın plenar iclasında təhsil naziri Misir Mərdanovun, ADU-nun rektoru Səməd Seyidovun və digər ali məktəb rəhbərlərinin iştirakı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar