36166 abituriyent ixtisas seçimi edib
16 Avqust 2013 Cümə 12:40
Ali tehsil müessiselerine ixtisas seçimi başa çatıb.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 11:00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 36166 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. I qrupda 11447, II qrupda 10292, III qrupda 10711, IV qrupda 3716 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq edib.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirdilər. Ali məktəblərə qəbulun nəticəsi isə 3 gün ərzində məlum olacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar