Abdulgafar Büyükfırat Azərbaycana attaşe təyin olundu
22 Oktyabr 2014 Çərşənbə 12:45
Türkiyə Azərbaycana yeni təhsil attaşesi təyin edib. Yeni attaşe Abdulgafar Büyükfırat ötən gün vəzifəsinin icrasına başlayıb.
Türkiyə Azərbaycana yeni təhsil attaşesi təyin edib. ANS PRESS-in məlumatına görə, yeni attaşe Abdulqafar Büyükfıratdır. Büyükfıratın ötən gün vəzifəsinin icrasına başladığı bildirilib.

Əslən Şanlıurfadan olan A. Büyükfırat 1953-cü ildə Adıyaman vilayətinin Samsat rayonunda anadan olub. Türkiyə Milli Təhsil Nazirliyinin təcrübəli kadrlarından olan Büyükfırat Adana, Adıyaman, Kırklareli vilayətlərində müxtəlif vəzifələrdə, o cümlədən İstanbul marif müdirinin müavini və Nevşehir marif müdirliyi vəzifələrində çalışıb.

Bir çox uğurlu layihələrə imza atan Büyükfırat bu addımı ilə Türkiyə təhsilinə böyük dəstək verib və bu sahədə mükafatlar alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar