27 şəhərdə sınaq imtahanı keçiriləcək
13 May 2010 Cümə Axşamı 14:30
27 şəhərdə sınaq imtahanı keçiriləcək. İmtahanlara 31 mindən çox abituriyent qatılacaq.
Mayın 16-da respublikanın 27 şəhərində abituriyentlər üçün növbəti dəfə sınaq imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.

Bu imtahanlarda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar