235 müəllim işə qəbul olunub
14 Avqust 2012 Çərşənbə Axşamı 11:40
6-10 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri məlum olub.
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İmtahanın nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib. Onu qeyd edək ki, avqustun 13-dən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar