117 min 531 nəfər elektron ərizə verib
01 İyun 2009 Bazar Ertəsi 13:55
TQDK-nın məlumatına görə, 114 min 274 nəfər abituriyent ərizəsini təsdiq etdirib

2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə  və orta  təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin  ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə vreilən məlumata görə, aprelin 21-dən mayın 31-dək aparılmış ərizə qəbulu zamanı qurumun serverinə 117 min 531 “Elektron ərizə” daxil olub. “Elektron ərizə” qəbulu ilə bağlı ilkin məlumatlara əsasən  Sənəd Qəbulu Komissiyalarında 114 min 274 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib. Qeyd edək ki, bu rəqəm ötən il  116520 olmuşdu.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.
I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36221 abituriyent,  II ixtisas qrupu üzrə 25354, III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36116, IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16583 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55 min 884 nəfəri oğlan, 58 min 390 nəfəri isə qızlardır. Onlardan 102 min 211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib./ANS PRESS/   
      



DOSTLARINLA PAYLAŞ:

oyunlar