Zərdab yol qəzası
04 Aprel 2009 Şənbə 22:35
Bu gün saat 17.30 radələrində Azərbaycanın Zərdab rayonunun “Dördyol” adlanan ərazisində ağır yol qəzası baş verib.
Zərdab rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zərdab rayon sakini Qocayev Əhməd Yasin oğlunun idarə etdiyi 10 DO 749 dövlət nömrə nişanlı “21 011” markalı maşınla Bakı şəhər sakini Mirzəyev Qəzənfər Əlibala oğlunun idarə etdiyi 10 UR 217 dövət nömrə nişanlı “KamAZ” toqquşub.

Nəticədə Ə. Qocayevin sərnişinləri, Zərdab rayon sakinləri, 1980-cı il təvəllüdlü Məmmədova Svetlana Rasim qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Köçəliyev Murad Əziz oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriiliblər.

S. Məmmədovanın qızı, 2009-cu il 15 yanvar təvəllüdlü Köçəriyeva Nurtən Əziz qızı isə hadisə yerindəcə ölüb.

Faktla bağlı Zərdab RPŞ-da araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar