Rusiyada azərbaycanlı qardaşlar rus qızı zorlayıb
09 Mart 2015 Bazar Ertəsi 11:52
Rusiyada zormalada ittiham edilən iki qardaş məhkəməyə çıxarılıb. 26 və 19 yaşlı qardaşların hərəsinə 5 il həbs cəzası verilib.
Rusiyada zormalada ittiham edilən iki qardaş məhkəməyə çıxarılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Vladivostokda yaşayan həmyerlilərimiz 23 yaşlı qıza qarşı seksual xarakterli zorakı hərəkətlərdə günahkarlandırılıblar.

Təqsirləndirilən şəxslər bu əməllərinə görə beş il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, polisə cinayət haqqında məlumatı zərərçəkmiş özü verib. Qızın sözlərinə görə, 10 iyul tarixində şəhər mərkəzində məşhur gecə klublarından birinə baş çəkib. Daha sonra dörd oğlan onu bir ofisə aparıblar. Orada iki azərbaycanlı qardaş qızı təhqir edib.

Faktla bağlı hüquq-mühafizə orqanları cinayət işi qaldırıb. İstintaq zamanı 1996 və 1989-cu il təvəllüdlü iki nəfəri saxlayıblar. Müstəntiq cinayət üzrə kifayət qədər sübut yığıb və cari ilin yanvar ayında ittihamnamə məhkəməyə göndərilib.

Məhkəmə təhqiqatının gedişi zamanı ittiham edilən şəxslər öz günahlarını boyunlarına alıblar və peşman olduqlarını bildiriblər. Azərbaycanlı qardaşların hərəsinə 5 il həbs cəzası verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar