Yol qəzası nəticəsində 1 ölüb, 6 nəfər yaralanıb
18 Avqust 2009 Çərşənbə Axşamı 22:20
Hadisə Əhmədli-Hövsan yolunda baş verib

 

Bu gün saat 21:00 radələrində Əhmədlidən Hövsana gedən yolda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri xəbərə görə, həmin yolda "Tofaş" markalı maşınla VAZ-2107 markalı maşın toqquşub. Hadisə baş verərkən "Tofaş"da 4, "07"də isə 3 nəfər olub.

"Tofaş"ın sərnişinlərindən biri - orta yaşlı qadın hadisə yerindəcə keçinib. Hər iki maşın sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar