Yaşayış evində partlayış baş verib
07 May 2009 Cümə Axşamı 12:40
15 yaşlı Türkan Kərimova yanıq diaqnozu ilə 5 saylı xəstəxanaya yerləşdirilib

Bu gün səhər saat 09:00 radələrində Bakıda yaşayış evində partlayış baş verib. Hadisə Azərbaycan Beynəlxalq Universitetinin qarşısındakı 66 saylı yaşayış binasında qeydə alınıb. Xeyrin Kərimovaya məxsus mənzilin hamam otağında baş verən partlayışa su qızdırıcısında təbii qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə ev sahibinin 15 yaşlı qızı Türkan Kərimova xəsarət alıb. O, yanıq diaqnozu ilə  5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı hazırda hadisə yerinin müayinə edildiyi bildirilir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar