Yaşayış binasında yanğın olub
12 Mart 2009 Cümə Axşamı 16:10
Yanğın baş verən zaman mənzilin sahibi evdə olmayıb

Prezident Aparatı ilə üzbəüz  beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 15:30 radələrində Səbail rayonu, İstiqlaliyyət küçəsi 17 ünvanında yerləşən 5 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində baş verib. Hadisə yerinə gələn 5 yanğısöndürən maşın yanğının qarşısını alıb. Yanğın baş verən zaman mənzilin sahibi evdə olmadığından xəsarət alan olmayıb. Hadisənin baş vermə səbələri məlum deyil, araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar