Xəzər dənizində 5 balıqçı itkin düşüb
25 Mart 2014 Çərşənbə Axşamı 22:09
Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.

Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar