Xətai rayonunda qəza baş verib
17 Mart 2009 Çərşənbə Axşamı 14:15
Xəsarətlə xəstəxanaya yerləşdirilən 65-70 yaşlı qadın orada ölüb

Xətai rayonunda martın 16-da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, M.Hadi küçəsində Bakı şəhər sakini İsgəndər Qasımov «Mercedes» markalı avtomaşını idarə edərkən 65-70 yaşlı qadını vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar