Xaçmazın Müqtədir kəndində Qusar sakininin meyiti tapılıb
27 İyul 2009 Bazar Ertəsi 22:05
59 yaşlı Qorxmaz Qədirovun suda boğulduğu ehtimal olunur

 

Bu gün Xaçmaz rayonunun Müqtədir kəndi ərazisində-dəniz sahilində kişi meyiti aşkar edilib. Bu haqda məlumat saat 16.30 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə daxil olub. RPŞ-nin Xudat bölməsinin rəisi Elçin Rəcəbovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərhumun kimliyi araşdırılarkən məlum olub ki, o, Qusarın Əvəcuqoba kənd sakini 59 yaşlı Qorxmaz Murad oğlu Qədirovdur. 

Qorxmaz Qədirov Bakı şəhərində Məhəmməd Hadi küçəsi 7, mənzil 7 ünvanında yaşayırmış.

Meyit artıq müayinə olunub. İlkin ehtimala görə, Qorxmaz Qədirov suda boğulub.

Faktla əlaqədar Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar