Xaçmazda yük maşını minik avtomobili ilə toqquşub
30 Aprel 2009 Cümə Axşamı 18:35
Qəzaya səbəb yüksək sürət olub

Bu gün saat 17-radələrində Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Hacıəlibəy kəndi razisində qeydə alınıb. Belə ki, 24 yaşlı  Vasif Əmirovun idarə etdiyi «İsuzu» markalı yük maşını ilə 26 yaşlı Elşad Alxaslının idarə etdiyi « Volkswagen Polo» markalı maşın toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Elşad Alxaslı dünyasını dəyişib. Maşın qəza nəticəsində tanınmaz hala düşdüyü üçün sürücünün meyitini də avtomobildən çıxarmaqda çətinlik yaranıb.
Faktla bağlı texniki ekspetriza təyin edilib. Xaçmaz rayon Prokurorluğunun müstəntiqinin ANS PRESS-ə verdiyi məlumata görə, qəzaya səbəb hər iki maşının yüksək sürətlə idarə edilməsi olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar