Xaçmazda narkoman yaxalanıb
12 Noyabr 2009 Cümə Axşamı 22:10
50 yaşlı Osman Novruzov barəsində cinayət işi açılıb
Noyabrın 8-də Xaçmaz polis şöbəsinin Yalama bölməsinin əməkdaşları səhər saatlarında köhnə şəhər avtovağzalı yaxınlığında ictimai qaydaları pozduğuna görə, sərxoş vəziyyətdə olan Osman Əziz oğlu Novruzovu bölməyə gətirib. 1959-cu il təvəllüdlü Ortaoba kənd sakininin üzərinə baxış keçirilən zaman köynəyinin üst cibindən 10,75 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Qanunsuz olaraq narkotik maddə saxlama) cinayət işi açılıb.

Qeyd edək ki, Osman Əziz oğlu Novruzov əvvəllər məhkum edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar