Xaçmaz rayonunda intihar
18 İyun 2009 Cümə Axşamı 18:00
Pərviz Cəmiyev yaşadığı həyətdə meyvə ağacından özünü asıb

Bu gün saat 17 radələrində Xaçmaz rayonunun Palçıqoba kəndində intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, 27 yaşlı Pərviz Cəmiyev yaşadığı həyətdə meyvə ağacından özünü asıb. Onun ruhi xəstə olduğu bildirilir. Xaçmaz polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerini müayinə edir. Hazırda 27 yaşlı gəncin özünü nə səbəbdən araşdırılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar