Vətəndaşdan marixuana götürülüb
18 May 2009 Bazar Ertəsi 10:20
Faktla bağlı 49 yaşlı Məmməd Məhərrəmov saxlanılıb

 

Bakının Səbail rayonu ərazisində külli miqdarda narkotik vasitə aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupu və 39-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 49 yaşlı Məmməd Məhərrəmov saxlanılıb. Ondan 3 kiloqram 25 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə külli miqdarda narkotik maddəni saxlama, satma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar