"VAZ-2109" "VAZ-2106" ilə toqquşdu
29 İyul 2009 Çərşənbə 13:40
Hadisə Qax rayonunun Kötüklü kəndi ərazisində baş verib

 

Qax rayonunun Kötüklü kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər nazirlyinin məlumaına görə, iyulun 28-də saat 15.00 radələrində rayonunun Kötüklü kəndi ərazisində Qaratala kənd sakinləri Məzahir Rəsulovun idarə etdiyi "VAZ-2109" və Zakir Musayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət almış hər iki sürücü, M.Rəsulovun sərnişinləri, həmyerliləri Xəyyam Məmmədov, Ramil Əliyev, İsrail Əliyev, habelə Z.Musayevin sərnişinləri, həmkəndliləri Tünzalə Musayeva, Leyla Abdullayeva, Abdulkərim Məmmədov və Rəsul Musazadə xəstəxanaya yerləşdiriliblər. R.Musazadə orada ölüb.

Faktla bağlı Qax rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar