'VAZ 2109' “QAZel” ilə toqquşub.
12 Mart 2009 Cümə Axşamı 18:10
Həyatını itirən qız "VAZ 2109"un sürücüsü ilə qəzadan az əvvəl tanış olubmuş

 

Bakının Nərimanov rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Əhmədbəy Ağaoğlu küçəsində Çanaqqala restoranının qarşısında Elçin adlı şəxsin idarə etdiyi “VAZ-2109” markalı avtomobil “QAZel” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-2109”un sərnişini olan, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən qız hadisə yerində dünyasını dəyişib. Sürücü isə yüngül xəsarətlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Sürücünün yaxınlarının ANS PRESS-ə veridiyi məlumata görə, Elçin qızla hadisədən az əvvəl metronun “Gənclik” stansiyası yaxınlığında tanış olub və onu maşınına dəvət edib. Yeni tanışlar Əhmədbəy Ağaoğlu küçəsi ilə hərəkət edərkən yol qəzasına düşüblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar Məmmədov /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar