Uşaq atasının avtomobilinin altında qalıb
05 May 2009 Çərşənbə Axşamı 14:40
Xəsarətlə xəstəxanaya yerləşdirilən Novruz Vəliyev orada ölüb

Bərdə rayonunda altı yaşlı uşaq atasının avtomobilinin təkəri altında qalıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 4-də saat 19.00 radələrində Bərdə rayon sakini Anar Vəliyev həyətində "QAZ-3309" markalı avtomaşını idarə edərkən oğlu, 6 yaşlı Novruz təkərin altında qalıb. Xəsarətlə xəstəxanaya yerləşdirilən Novruz orada ölüb. Faktla bağlı araşdırma aparılır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar