Üç nəfər suda boğulub
29 İyun 2009 Bazar Ertəsi 13:50
Şüvəlan dəniz çimərliyində boğulan şəxsin meyitinin tapılması üçün tədbirlər görülür

Bir gündə üç nəfər suda boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 27-də saat 15.30 radələrində İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində, Cəbrayıl rayon sakini Adil Bəhrəmov su kanalında boğulub. Elə həmin gün saat 15.00 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində Zirik kənd sakini Elxan Abdullayev suda çimərkən boğularaq ölüb.
Eyni gündə Əzizbəyov rayonu Şüvəlan dəniz çimərliyində Binə qəsəbə sakini Mahir Mərdiyev suda batıb. M.Mərdiyevin meyitinin tapılması üçün tədbirlər görülür. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar