"UAZ"ın aşması iki nəfərin ölümü ilə nəticələndi
16 May 2009 Şənbə 15:55
Hadisə Göygöl rayonu ərazisində baş verib

Göygöl rayonu əraisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 15-də saat 20.30 radələrində rayonun Yeni Zod kəndi ərazisində Çaykənd kənd sakini Mətləb Allahverdiyev idarə etdiyi "UAZ" markalı avtomobili aşırıb. Nəticədə M.Allahverdiyev və sərnişini, Hacıkənd kənd sakini Nazim Alışov hadisə yerində ölüb. Xəsarət almış digər sərnişini Yunis Abbasov isə xəstəxanaya yerləşdirilib. Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar