Toy mərasimində faciə baş verib
12 İyul 2009 Bazar 12:45
1989-cu il təvəllüdlü Abdullayeva Türkan Maqsud qızı kənddə keçirilən toyda zəhərlənib

Ağdaş rayonunda keçirilən toy mərasimində faciə baş verib. Yevlax rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağdaş rayonunun Qəribli kənd sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Türkan Maqsud qızı kənddə keçirilən toyda zəhərlənib. Onu təcili Yevlax rayonu Xaldan qəsəbə xəstəxanasına çatdırmaq istəsələr də, yolda keçinib. T.Abdullayevanın hansı qidadan zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. /APA/



DOSTLARINLA PAYLAŞ:

oyunlar