Toy günü qəza törətdi
15 Noyabr 2009 Bazar 13:05
Quba, Qusar və Xaçmaz rayonlarında 3 avtomobil qəzası baş verib
Noyabrın 14-də saat 16.30-dan 22:40-a qədər Quba, Qusar və Xaçmaz rayonlarında 3 yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yaralanmış 4 şəxs xəstəxanalara yerləşdiriliblər.

Gəndob-Yalama yolunun 25-ci km-də Xaçmazın Hacıəlibəy kənd sakini 29 yaşlı Şahverdiyev Tural Fazil oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomaşınla yolu keçən piyada, 30 yaşlı Xaçmaz şəhər sakini Zaur Qəribşah oğlu Tairovu vurub. Təcili olaraq Xaçmazın özəl klinkalarının birinə çatdırılan piyadanın vəziyyəti orta-ağırdır.

Elə həmin vaxt, Bakı-Dağıstan-Quba yolunun 170-ci km-də qəza baş verib. Rayonun Susaydağ kənd sakini, 1937-ci ilə təvəllüdlü Məmmədtağı Micəddin oğlu Təngəliyevin idarə etdiyi "QAZ 24" markalı avtomobil, Vladimirovka kənd sakini, 1983-cu il təvəllüdlü Murad Əlişan oğlu Əlişanovun sürdüyü motosikletlə toqquşub. Sürücü M.Təngəliyev Quba rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANSPRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 3-cü qəza saat 22:40-da Qusar-Quba-Bakı-Rusiya sərhədi yolunun 18-ci km-də, Qusar rayonunun Minəxur kəndi ərazisində baş verib. Rayonun Yeni həyat kənd sakini 20 yaşlı Vitali Xəzri oğlu Novruzov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilii aşırıb. Nəticədə V.Novruzov və onun 21 yaşlı sərnişini Farid Hümmət oğlu Balabəyov xəsarət alıb.

Şöbədən verilən məlumata gör, bu gün Vitali Novruzovun toyudur və onun xəsarətləri ciddi olmadığından evə buraxılıb.

Hər 3 faktla bağlı araşdırma aparılır. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar