Suraxanıda maşın oğuruları tutulub.
16 Mart 2009 Bazar Ertəsi 13:30
Onlar 21 yaşlı Elgiz Paşayev, 18 yaşlı Nahid Allahverdiyev və 20 yaşlı Elizbar İbrahimovdur

Bakının Suraxanı rayonu ərazisində maşın oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 14-də saat 02:20 radələrində Marat Zeynutdinova məxsus «VAZ-2106» markalı 10-ZS-293 dövlət nömrə nişanlı avtomobil qaçırılıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 yaşlı Elgiz Paşayevi, 18 yaşlı Nahid Allahverdiyev və əvvəllər məhkum olunmuş, 20 yaşlı Elizbar İbrahimovu tutub. Faktla bağlı istintaq aparılır. 

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar