Stadiondan 4 qumbaraatan tapılıb
08 Aprel 2009 Çərşənbə 13:30
Azərbaycanın Sumqayıt şəhərində hərbi sursat aşkarlanıb.
Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, hərbi sursat şəhərin İnşaatçılar qəsəbəsində yerləşən “İnşaatçılar” stadionunun qarşısında tapılıb. Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ-nin Post Patrul Xidməti Taborunun əməkdaşı, polis nəfəri Elməddin İsmayılov stadionun qarşısında 4 ədəd “Muxa” tipli qumbaraatan aşkar edib.

Hərbi sursat artıq ərazidən götürülüb. Qumbaraatanlardan ikisinin istifadə edildiyi, digər ikisinin isə təzə və istifadəyə yararlı olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar