Siyəzən rayonunda intihara cəhd
06 Aprel 2009 Bazar Ertəsi 11:45
32 yaşlı Valeh Məmmədov Dəvəçi rayonunda cəza çəkdiyi məntəqə tipli koloniyadan icazə alaraq evinə gəlibmiş

Siyəzən rayon sakini özünü bıçaqlayıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün baş verib. 1977-ci il təvəllüdlü Valeh Vahab oğlu Məmmədov kəsici deşiçi yaralarlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Siyəzən rayon polis bölməsinin müstəntiqi Xaləddin Fətəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Valeh Məmmədov  Dəvəçi rayonunda yerləşən məntəqə tipli koloniyada cəza çəkib və icazə alaraq evlərinə gəlib.
Hazırda onun özünə xəsarət yetirməsinin səbəbləri araşdırılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar