Sinaqoqdan oğurluq edilib
29 İyun 2009 Bazar Ertəsi 14:10
İki nəzir qutusunu sındıraraq pul oğurlamaqda şübhəli bilinən Sergey Benyaminov tutulub

 

Bakı şəhərində sinaqoqdan (yəhudi məbədi) oğurluq edilib. Daxili İşlər Nazirlyinin məlumatına görə, iyunun 28-də saat 00.45 radələrində R.Rza küçəsindəki sinaqoqda 2 ədəd nəzir qutusu sındırılaraq içərisindəki pul oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Benyaminov tutulub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar