Səngəçalda mikroavtobus aşıb
29 İyul 2009 Çərşənbə 21:50
Səngəçalda mikroavtobus aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.

 

Bu gün saat 20.30 radələrində Səngəçal ərazisində yol qəzası baş verib. Hadisənin şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıdan Gəncəyə gedən mikroavtobus aşıb.

Nəticədə avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb.

Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar