Səbaildə naməlum kişi meyiti tapılıb
10 Aprel 2009 Cümə 16:10
Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur

Bakının Səbail rayonu ərazisində 35-40 yaşlarında olan naməlum kişi meyiti tapılıb. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, meyit bu gün saat 11.00 radələrində 20-ci dairə, Salyan şosesi, dalan 3-də aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Aparılan ilkin ekspert rəyindən sonra mərhumun ölümündən əvvəl içkili vəziyyətdə olduğu məlum olub. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar