Saxta sürücülük vəsiqəsi satan şəxs tutulub
17 Sentyabr 2009 Cümə Axşamı 13:00
Rəşad Həsənov 3 nəfərə Rusiyaya aid saxta vəsiqələr satıb
Saxta sürücülük vəsiqələri satmış Gəncə şəhər sakini yaxalanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətin üstü Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Rəşad Həsənov 2008-ci ilin iyun ayında Samux rayon sakini Coşqun Zeynalova, Samir Məmmədova və Kamil Süleymanova Rusiyaya aid saxta sürücülük vəsiqələri satıb. R.Həsənov saxlanılıb. Ondan 4 ədəd saxta idarəetmə hüququ verən etibarnamələr götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar