Saxta pula səməni almaq istəyən şəxs tutulub
17 Mart 2009 Çərşənbə Axşamı 10:25
27 yaşlı Vüqar Xəlilov 10 manatlıq saxta pula səməni alarkən polis tərəfindən tutulub

Bakının Nərimanov rayonu ərazisində saxta pula səməni almaq istəyən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 16-da saat 18:30 radələrində A. Neymətulla küçəsində 27 yaşlı Vüqar Xəlilov Şövkət Məmmədovadan 10 manatlıq saxta pula səməni alarkən Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar