Salyan sakininin evi yanıb
17 Mart 2009 Çərşənbə Axşamı 14:15
Yüz kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb

Salyan rayon sakininin ikimərtəbəli, 6 otaqlı evi martın 16-da yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Afaq Ağabəyovaya məxsus evdə baş verən yanğın nəticəsində 100 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar