Şabran şəhərində Hundai mikroavtobusa çırpıldı
25 Aprel 2014 Cümə 22:07
Hadisə aprelin 25-də Şabran şəhəri, Rəsulzadə küçəsində baş verib.
Hadisə aprelin 25-də Şabran şəhəri, Rəsulzadə küçəsindəbaş verib.

ANS PRESS-in verdiyi məlumata görə, 48 yaşlı Sabirabad rayon sakini Beydan Quliyevin idarə etdiyi “50 CJ 470” dövlət nömrə nişanlı “Hundai” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, 39 yaşlı Şabran rayon sakini Afdandil Quliyevin idarə etdiyi “27 BH 075” qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza zamanı xəsarət alan şəxslər – “Ford”un sürücüsü Afdandil Quliyev və “Hundai”ın sərnişini, 43 yaşlı Sumqayıt şəhər sakini Bahar Şirinova Şabran Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar