Rusları daşıyan avtomobil körpüdən aşdı
30 Mart 2014 Bazar 19:22
Xaçmaz rayonunda Rusları daşıyan avtomobil körpüdən aşıb.
Hadisə Gəndob-Yalama yolunun 16-cı kilometrliyində, Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakıdan Rusiya istiqamətinə gedən “Ford Focus” markalı avtomobilin sürücüsü Rusiya vətəndaşı Başxanov Əli Arbiyeviç idarəetməni itirib və avtomobil Dağarcıq çayı üzərindəki körpüdən aşıb.

Baş Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində sürücü və 4 qadın xəsarət alıb. İlkin ehtimala görə, avtomobilin aşmasına səbəb kimi yüksək sürət və bölgədə müşahidə olunan qeyri-sabit hava şəraiti göstərilir.

Qeyd edək ki, Rusiya vətəndaşları Azərbaycana ticarət məqsədi ilə gəliblərmiş.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar