Rusiyada baş vermiş qəzada 66 nəfər itkin düşüb
18 Avqust 2009 Çərşənbə Axşamı 10:50
SES-də baş verən qəza nəticəsində ölənlərin 12-yə çatıb

 

Rusiya Federasiyasının Xakasiya Respublikasında Sayan-Şuşensk Su Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu qəza yerindən 12 nəfərin cəsədinin tapıldığını bildirib. ANS PRESS-in "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Nazir 66 nəfərin taleyi ilə bağlı hələ heç nə deyə bilmədiyini söyləyib. Ümumilikdə qəzanın baş verdiyi bölmədə 89 nəfər olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin briqadaları hadisə yerində axtarışları davam etdirir. Xilasetmə əməliyyatlarına ümumilikdə 1200-dən artıq heyət cəlb olunub.

Baş vermiş qəzadan sonra Yenisey çayı üzərində yerləşən SES-in fəaliyyəti dayanıb. Sayansk və Xakas alüminium zavodlarının fəaliyyətində fasilə yaranıb, SES-in bir neçə obyektini su basıb.

Sayan-Şuşensk SES Rusiyanın ən güclü SES-idir. Onun gücü 6,7 giqavattdır. SES-in fəaliyyətinin bərpası üçün bir neçə ay tələb olunur. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar