Qubada ikimərtəbəli ev yanır
16 İyun 2009 Çərşənbə Axşamı 16:35
Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür

 

Bu gün Quba şəhəri Qırmızı qəsəbə, Fətəli Xan küçəsi 186 ünvanında yerləşən ikimərtəbəli həyət evində yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hazırda hadisə yerində iki yanğınsöndürmə briqadası işləyir. Yanğın nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə İdarəsinin rəisi Əzizağa Qasımovun verdiyi məlumata görə, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov da hadisə yerinə gəlib.

Hələlik yanğının baş vermə səbəbi bilinmir.

Aytəkin Alxaslı /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar