Qubada iki mərtəbəli ev yanıb
14 Aprel 2009 Çərşənbə Axşamı 14:21
Ev sahibi bildirir ki, Rustov kəndində gecə yarıdan sonra işıq olmur və bu səbəbdən yanğınla bağlı vaxtında məlumat vermək mümkün olmayıb

Quba rayonunun Rustov kəndində iki mərtəbəli, altı otaqlı ev yanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rustov kəndində 32 yaşlı Namiq İsayevə məxsus evdə yanğın gecə saatlarında başlayıb. Hadisə barədə yanğınsöndürmə xidmətinə gec məlumat verilib. N.İsayev bunu kənddə işıq olmaması ilə izah edib. O bildirib ki, Rustov kəndində gecələr saat 12-dən sonra işıq olmur və bu səbəbdən yanğınla bağlı vaxtında məlumat vermək mümkün olmayıb. Nəticədə evin ikinci mərtəbəsi və dam ötrüyü tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsindən verilən məlumata görə, evin 192 kvadrat metrlik hissəsi və iki otağı əşyaları ilə birgə tamamilə yanaraq sıradan çıxıb. Qeyd edək ki, Rustov kəndi rayon mərkəzindən 22 km aralıda yerləşir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar