Quba yolunda iki maşın toqquşub
14 İyul 2009 Çərşənbə Axşamı 22:35
Quba yolunda iki maşın toqquşub. Hadisə nəticəsində iki nəfər yaralanıb.

 

Bu gün saat 18.00 radələrində Qubanın Susayqışlaq kəndi ərazisində Bakı- Quba-Rusiya sərhədi yolunun 186-cı kilometrliyində avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Qəribovun «ANS PRESS»ə verdiyi məlumata görə, 43 yaşlı Nurəddin Fərzəliyevin idarə etdiyi VAZ 2106 markalı maşın Xaçmaz rayon sakini 23 yaşlı Rahim Kazımzadənin idarə etdiyi QAZ-24 markalı maşınla toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişinlər - 23 yaşlı Aygün Fərzəliyeva və 25 yaşlı Nurəddin Fərzəliyev müxtəlif bədən xəsarətləri ilə Qusar mərkəzi xəstəxanasına aparılıb. Hər iki zərərçəkmişə ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanadan buraxılıblar.

Müstəntiq bildirib ki, hadisənin səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

Araşdırmalar davam edir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar