Qəzada 26 yaşlı qız öldü
24 Aprel 2014 Cümə Axşamı 06:47
Mərhum qəza anında zərbənin şiddətindən nəqliyyat vasitəsindən bayıra çıxaraq təxminən 10 mert yoldan kənara düşüb.
Abşeron rayonu Masazır qəsəbəsində iki avtomaşının toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi baş verib. Qəa zamanı Cəfərov Babək Rüstəm oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla, Nuriyev Rüstəm Cəfər oğluna məxsus “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsinə “Jiqulidə” olan bir nəfər sərnişin 26 yaşlı Teymurova Fidanə Talıb qızı hadisə yerində dünyasınə dəyişib.

Şahidlərin sözlərinə görə mərhum qəza anında zərbənin şiddətindən nəqliyyat vasitəsindən bayıra çıxaraq təxminən 10 mert yoldan kənara düşüb. Aldığı xəsarətlər isə onun həyatına son qoyub.

Hadisədən sonra əraziyə Abşeron rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, “Hyundai” markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü arxadan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı maşın isə artıq dönmək üzrə olan “Hyundai”yə çırpılıb.

Hadisə ilə bağlı Abşeron rayon polis şöbəsində cinayət iş başlanılıb. Qəzanın səbəbləri isə əyin edilən avtotexnki və tibbi ekspertizaların rəyindən sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar