Qaz kəmərində yanğın
14 Mart 2009 Şənbə 16:15
Hacıqabul-Siyəzən magistral qaz kəmərində yanğın baş verib , Hadisə yerinin yaxınlığında olan Qobustan rayon sakini Hakim Əhmədov yanıq xəsarəti alıb
Hacıqabul-Siyəzən magistral qaz kəmərinin Qobustan rayonu ərazisində yeraltı qaz sızması nəticəsində yanğın baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəticəsində hadisə yerinin yaxınlığında olan Qobustan rayon sakini Hakim Əhmədov yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar