Qasırğa Daşkəsəndə evlərə ziyan verib
25 Mart 2009 Çərşənbə 12:40
Onlarla elektrik və rabitə dirəyi aşıb, naqillər qırılıb
Daşkəsən rayonunda dünəndən başlayan güclü külək evlərə və elektrik xətlərinə ciddi ziyan vurub. ANSPRESS-in Gəncə bürosundan verilən məlumata görə, qasırğa yarım saatdan artıq davam edib. Ümumilikdə 100-ə yaxın tikilinin dam örtüyü sıradan çıxıb. Onlarla elektrik və rabitə dirəyi aşıb, naqillər qırılıb. Məktəb, xəstəxana və digər sosial binaların dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Daşkəsən rayon icra hakimiyyətində fəaliyyət göstərən fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin ANSPRESS-ə verdiyi məlumata görə, 32 kəndə və şəhərin bir hissəsinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayona dəymiş ziyanın məbləği bu gün məlum olacaq. Bu məqsədlə, eləcə də təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb və lazımi işlərə başlanılıb.
Lekirdə isə bütün rayon işıqsızdır.  Güclü cənub küləyi rayonda 200-dən çox elektrik dirəyi, 12 km-dən çox elektrik  naqillərini  sıradan çıxıb. Rayon Fövqəladə Halalr Komissiası  dəyən ziyanı dəqiqləşdirir. Yardımlı rayonunda isə 16 kənd işıqsızdır.  Lənkəran rayonunda isə hazırda əhalinin  yalnız 20 faizi işıqsız qalıb. Astara rayonunun 20 kəndində, Masallı rayonunun 18 kəndində işıq yoxdur.
 
 
/ANSPRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar