Qadınları Türkiyəyə satan Bakı sakini tutulub
30 Oktyabr 2009 Cümə 17:20
Məhəbbət Əliyeva qadınları qardaş ölkədə cinsi istismara məruz qoymaqda ittiham edilir
Qadınları cinsi istismara məruz qoyan Bakı sakini tutulub.

Daxili İşlər Nazirlyinin məlumatına görə, Məhəbbət Əliyeva gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirli bilinir.

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o həbs olunub.

Faktla bağlı cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar