Paytaxtda Türkiyə vətəndaşı qarət edildi
17 Noyabr 2009 Çərşənbə Axşamı 11:00
24 yaşlı Özen Melekin pulunu oğurlayan qadın tutulub
Bakı şəhərində Türkiyə vətəndaşına qarşı oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nizami küçəsi 79-da yerləşən mağazadan Türkiyə vətəndaşı, 24 yaşlı Özen Melek Süleyman qızının əl çantasından 670 ABŞ dolları oğurlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxsin qadın olduğu müəyyən edilib. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşları tərəfindən 53 yaşlı Tərlan Kərimova tutulub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar