Paytaxtda quş oğruları tutulub
29 İyun 2009 Bazar Ertəsi 12:15
İlyas Əliyev və Rəşad Salamov 95 ədəd göyərçin oğurlamaqda şübhəli bilinirlər

Bakı şəhərində göyərçin oğruları tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 3-ü saat 23.00 radələrində Bakıxanov qəsəbəsində Sabir Bağırova məxsus 95 ədəd göyərçin oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər 26 yaşlı İlyas Əliyev və Rəşad Salamov iyunun 28-də yaxalanıblar.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar